Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon MKS-də “Gənclər gələcəyimizdir” adlı dəyirmi masa təşkil olunub

10.02.2020

10 fevral 2020-ci il tarixdə Balakən rayon MKS-də “Gənclər gələcəyimizdir” adlı dəyirmi masa təşkil olunub.

Tədbirdə Balakən Gənclər evinin, Sosial Xidmət Müəssəsinin, MKS-nin əməkdaşları, kitabxananın fəal oxucuları və Qərb Universitetinin Politologiya fakultəsinin tələbəsi Zeynal Əmiraslanov iştirak etdilər.

Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Mehriban Çuxova açaraq, milli mənəvi dəyərlərimizin təbliğində gənclərin rolundan söhbət açıb. Qeyd edilib ki, kitab oxumadan, bilik əldə etmədən heç bir kəs cəmiyyətdə öz layiqli yerini tuta bilməz. Sağlam cəmiyyət yetişdirmək üçün kitabxanaların bir ideoloji mərkəz, təlim-tədris ocaqlarının isə bilik, zəka mənbəyi olduğu vurğulanıb.

Qərb Universitetinin tələbəsi Zeynal Əmiraslanov çıxış edərək, Dövlətimiz tərəfindən gənclərə olan diqqət və qayğı barədə ətraflı məlumat vermiş, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan milli mənəvi dəyərlərin qorunub saxlanması üçün gənclərimizin fəal olmasını tövsiyə etmişdir. Gənclər evinin əməkdaşları Qəmər Mikayılova, Hürü Salmanova çıxış edərək bildirdilər ki, dövləti yaşadan onun milli dəyərləri və soy köküdür. Biz gənclər öz milli mənəvi dəyərlərimizə sadiq qalaraq, ənənələrimizi qoruyub saxlayacaq və gələcək nəsillərə ötürəcəyik.

Tədbir mütərrəqqi gənclər siyasətinə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

 

157.7 KB

 

45.5 KB

 

49 KB