Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayonu Qumlaq kənd kitabxanasında Xalq şairi Məmməd Aslanın xatirəsinə həsr olunmuş şeir gecəsi keçirilib

10.02.2020

10 fevral 2020-ci il tarixdə Oğuz rayonu Qumlaq kənd kitabxanasında Xalq şairi Məmməd Aslanın xatirəsinə həsr olunmuş “Mənim dilim-qibləgahım” mövzusunda şeir gecəsi keçirilib.

Tədbiri giriş sözü ilə kitabxanaçı R.Ağababayeva açaraq, mövzu haqda məlumat verdikdən sonra kitabxanaçı R.Ağababayeva Xalq şairi Məmməd Aslanın həyatı və yaradıcılığı haqqında danışıb. Daha sonra IV sinif şagirdlərindən Əhmədzadə Əli, Əhmədzadə Məhəmməd, Abdullayeva Nigar, Xəlilova Aysun, Əhmədli Elçin, Xəlilli Nurgün, Balakişiyev Vəfadar, Müzəffərli Nurgül, Xəlilli Ləman, Xəlilli Nəzrin, Yusubov Ramil, Lətifova Xanım, Əhmədova Dəniz, Osmanova Aysun Məmməd Aslanın müxtəlif mövzulara həsr olunmuş şeirlərini söyləyərək, uşaq şeirlərindən bir neçəsini səhnələşdirilmiş formada təqdim ediblər. Daha sonra Məmməd Aslanın aparıcısı olduğu “Dərədən- təpədən” verilişindən slaydlar nümayiş olunmuş, “Ağla, qərənfil, ağla” şerinə bəstələnmiş mahnı ifa edilmişdir.

Tədbirin sonunda kitabxanaçı R.Ağababayeva tədbirdə iştirak edən hər kəsə, xüsusi olaraq, sinif müəllimi Əntiqə Səfərovaya, IV sinif şagirdlərinə təşəkkür edib və İştirakçılara kiçik hədiyyələr təqdim olunub.

 

123.4 KB

 

122.4 KB

 

114.2 KB