Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon Heydər Əliyev Mərkəzində intellektual bilik yarışması keçirilib

07.02.2020

7 fevral 2020-ci il tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzində Balakən Rayon İcra hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Milli qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunan intellektual bilik yarışması keçirilib.

Bilik yarışında Balakən rayon ümutəhsil məktəblərini təmsil edən 6 komanda iştirak edib.

Müsabiqədən öncə Milli qəhraman Mübariz İbrahomovun əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmiş və sonra müsabiqəyə start verilmişdir. Gərgin keçən bilik yarışının sonunda Nizami adına şəhər 1 saylı orta məktəbin “Nizami Gəncəvi” komandası yarışın qalib olub. II yerə Tülü 1 saylı kənd tam orta məktəbin “ Mübarizə” komandası , III yerə isə Zərifə Əliyeva adına şəhər 3saylı tam orta məktəbin “Atabəylər” komandası layiq görülmüşdür.

 

25.7 KB

 

28.5 KB

 

23 KB