Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Mərkəzi Kitabxanasında 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

14.01.2020

C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasında 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhər məktəblilərinin, müəllimlərin, mədəniyyət işçilərinin, Günərzi Qayğı Mərkəzinin rəhbəri Səfiyyə Süleymanovanın və S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidovanın iştirak etdikləri tədbiri giriş sözü ilə MKS–nin direktoru G.Əhmədova açdıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcıları, T.İsmayılov adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Gülşən Babazadə və Əzizə Babazadə iştiakçıları salamlayaraq, Azərbaycan xalqının azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə mübarizə tarixinə 1990-cı il 20 Yanvar gecəsi daha bir şərəfli gün kimi daxil olduğunu, 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunduğunu, həmin hadisələrin xalqımızın iradəsini qıra bilmədiyini və azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələndiyini bildiriblər.

Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə məsləhətçisi Dilarə Əzizova çıxışında o dövrdə Ümummilli lider Heydər Əliyevin bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat verdiyini, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini söyləyib. Sonra 2 nömrəli tam orta məktəb liseyin şagirdləri “Şəhidlər” poemasından parçalar, şairə Solmaz Elqızı 20 Yanvar faciəsinə həsr etdiyi şeirlərini, kitabxanaçı L.Mirzəyeva Z.Yaqubun “20 Yanvar şəhidi” şeirini səsləndiriblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx təqdim olunub.

 

124.8 KB

 

171.6 KB

 

108.7 KB