Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər 3 №-li Uşaq Musiqi məktəbində nəzəri fənlər üzrə keçirilən dərslərdə 20 Yanvar şəhidləri yad edilir

14.01.2020

Şəki şəhər 3 №-li Uşaq Musiqi məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram rəmzi olaraq xüsusi guşə təşkil olunub və 10 yanvar tarixindən başlayaraq nəzəri fənlər üzrə keçirilən dərslərdə 20 Yanvar şəhidləri yad edilir. Tədris olunan dərslərdə əsas məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və şagirdlərdə qəhrəmanlıq ruhunu aşılamaqdan ibarətdir.

Dərslərdə ilk olaraq Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ərəfəsində pedaqoji kollektivin və şagirdlərin Şəkinin Şəhidlər xiyabanına ziyarəti də tədbirlər planında öz əksini tapmışdır.

 

99.9 KB

 

89.3 KB