Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala Xalq Teatrı bayram günlərində uşaqlara “Nağıl boxçası” təqdim edib

08.01.2020

Zaqatala Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının kollektivi ənənəyə uyğun olaraq Yeni il bayramı günlərində uşaqları yenə də maraqlı proqramla sevindirib.

Teatrın kollektivinin bayram tətili üçün hazırladığı “Nağıl boxçası” adlı tamaşaya Yeni il günlərində yüzlərlə azyaşlı uşaq və məktəbli baxıb.

Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşada rolları Kənan Şəkərov, Nazən Bulacova, Aysel Yusubova, Töhfə Paşayeva və Şahin İsayev oynayıblar. Tamaşanın rəssamı Çingiz Məmmədovdur.

“Nağıl boxçası”na daxil edilən “Qoğal”, “Cırtdan” və “Yaşıl işıq” nağılları uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

 

66.1 KB