Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Regional Mədəniyyət İdarəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

30.12.2019

Dekabrın 30-da Şəki şəhər Mədəniyyət Mərkəzində Şəki Regional Mədəniyyət İdarəsi və Şəki Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Regional İdarənin əhatə dairəsində olan müəssisələrin rəhbər işçiləri və kollektivləri iştirak ediblər. Tədbir Şəki Regional Mədəniyyət idarəsinin rəisi Mirvari Zeynalovanın tədbik nitqi ilə başlayıb.

Çıxışda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsinin artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrildiyi, bu tarixi günün dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram olaraq qeyd edildiyi diqqətə çatdırılıb.

Təməli Umummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Dünya Azәrbaycanlılarının Hәmrәylik gününün xalqı daha əzmlə çalışmağa, elmə və müasir texnologiyaya yiyələnməyə, düşmən tapdağı altında olan müqəddəs torpaqlarımızı azad etmәyә və ölkəmizin xoşbəxt gələcəyini təmin etməyə çağırdığı xüsusi olaraq vurğulanıb.

Çıxışın sonunda Mirvari Zeynalova Regional İdarənin 2019-cu ildə qazandığı uğurlar haqqında danışaraq, kollektivə Yeni ildə yeni-yeni nailiyyətlər arzulamışdır.

Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı və səhnəciklər təqdim olunub. Bir-birindən maraqlı ifaların təqdim olunduğu konsert maraqla qarşılanıb.

 

196.6 KB

 

198.3 KB

 

151.3 KB