Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon mərkəzi kitabxanasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir

13.02.2018

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi  İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan Respublika üzrə uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin  keçirilməsi məqsədi ilə Balakən  rayon mərkəzi kitabxanasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin 30 yanvar 2018-ci il tarixli 15 nömrəli əmrinə əsasən münsiflər heyətindən ibarət komissiya yaradılmışdır.

13 fevral 2018-ci il tarixdə müsabiqənin I turu keçirilmişdir. Müsabiqədə rayon və kənd məktəblərindən 42 nəfər şagird iştirak edirdi. Şagirdlərin ifasında Nəsiminin müxtəlif adda şerlərindən, qəzəllərindən nümunələr səsləndirildi. Münsiflər heyətinin rəyinə əsasən I turun ikinci mərhələsi üçün 17 nəfər seçildi. İkinci mərhələnin fevral ayının sonlarında keçirilməsi nəzərdə tutulmuşdur. 

 

157.5 KB

 

152.4 KB

 

132.2 KB