Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəyirli kənd folklor klubunda “Əlillərə qayğı göstərək” mövzusunda görüş keçirilmişdir

02.12.2019

Dekabrın 2-də Cəyirli kənd folklor klubunun və MKS-nin 33 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Əlillərə qayğı göstərək” mövzusunda birinci qrup əlil Nadir Məmmədəli oğlu Murtuzovla görüş keçirilmişdir

Görüşdə folklor klubunun müdiri Zəkiyyə Abbasova, mədəni təşkilatçı şair Mürsəl Qorxmaz və kitabxana müdiri Kəmalə Abbasova iştirak ediblər. Keçirilmiş tədbirdə klub və kitabxana işçiləri birinci qrup əlil olan Nadir Murtuzovla həmsöhbət olaraq, ona kitab və jurnallar hədiyyə ediblər. Nadir Murtuzov ona göstərilən diqqət və qayğıya görə mədəniyyət işçilərinə təşəkkürünü bildirib.

 

95.3 KB

 

96.1 KB

 

91.6 KB