Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon MKS-nin Katex kənd kitabxanasının əməkdaşları əlil ailəsinə baş çəkiblər

03.12.2019

3 Dekabr 2019–cu il tarixində Balakən rayon MKS-nin Katex kənd kitabxanasının əməkdaşları kənd sakini Murtuzəliyev Murtuzəli Aydın oğlunun ailəsinə baş çəkərək, ailənin əlil övladı olan Lalə Murtuzəliyevaya onun maraq dairəsinə uyğun kitablarla xidmət göstəriblər. Görüşdə kitabxanaçı Reyhan Məmmədhəsənova Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığından söhbət açaraq, bundan sonra da bu insanların sosial təminatı ildən–ilə daha da yaxşlaşacağını qeyd edib. Lalənin anası Dürdanə Murtuzəliyeva onların ailəsinə mənəvi dəstək olan kitabxanaçılara öz dərin minnətdarlığını bildirib.

 

22.4 KB

 

26.9 KB