Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Günərzi qayğı və Reablitasiya Mərkəzində “Əlillərə dəstək” mövzusunda görüş təşkil olunub

02.12.2019

Dekabrın 2-də M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəliyyət götərən Ə.Abdullayev adına diyarşünaslıq evinin təşəbbüsü ilə Şəki Əlillərə Qayğı ictimai Birliyinin nəzdindəki Günərzi qayğı və Reablitasiya Mərkəzində bir qrup əlillərlə “Əlillərə dəstək” mövzusunda görüş təşkil olunub.

Görüşdə diyarşünaslıq evinin bədii rəhbəri Mətanət Paşayevaya çıxış edib. Çıxışda qeyd olunub ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalqımız hər zaman əlil insanların qayğısına qalıb və qalmaqdadır.

Sonra Şəki Əlillərə qayğı İctimai Birliyinin rəhbəti Güləndam Alxasova çıxış edərək, tədbirin təşkilatçılarına, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirib.

Çıxışlardan sonra uşaqların ifa etdikləri mahnı və şeirlər, rəqslər maraqla qarşılanıb, uşaqlara hədiyyələr təqdim olunub.

 

105.9 KB

 

109.9 KB

 

86.9 KB