Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz şəhər 3 saylı məktəb liseyində Beynəlxalq Əlillər Günü münasibətilə “Əlillik qüsur deyil” adlı maarifləndirici dərs keçirilmişdir

03.12.2019

Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Oğuz şəhər 3 saylı məktəb liseyin 8-ci sinfində 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə “Əlillik qüsur deyil” adlı maarifləndirici dərs keçirilmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzinin, MKS-nin Qarabulaq kənd kitabxana filialının, Şəhər 3 saylı məktəb-liseyin müəllimləri və şagirdlər iştirak ediblər. Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova məlumat verərək bildirib ki, 3 dekabr bütün dünyada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur. 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 minə yaxındır. Bu da ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir.

XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş və hüquqi-demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün kateqoriyalarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmini və müdafiəsi istiqamətində bir sıra mütərəqqi islahatlar həyata keçirilmişdir. Bu gün həmin siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir.

Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyaya qoşulmuş və bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına tərəfdar olduğunu bəyan etmişdir.

Daha sonra Oğuz MKS-nin Qarabulaq kənd kitabxanasının direktoru Samirə Məmmədova mövzu ətrafında çıxış etdi və bildirdi ki, Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.

Çıxışlardan sonra 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Əlillik qüsur deyil”, “Küləyin istiqamətini dəyişdirə bilməsək də” adlı videoçarxlar olunub.

 

38.7 KB

 

37.1 KB

 

32.3 KB