Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qaxda fiziki qüsurlu şəxslərə kitabxana xidməti təşkil olunub

02.12.2019

Fiziki qüsurlu və sağlamlıq imkanları məhdud insanların informasiyaya olan tələbatlarının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması cəmiyyətin ən mühüm elm, təhsil, mədəniyyət, informasiya mərkəzi olan kitabxanaların qarşısında mühüm vəzifə kimi durur.

Bu məqsədlə C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən kitabxananın xidməti ərazisində yaşayan xüsusi qayğıya ehtiyacı olan insanları müəyyənləşdirərək, onlara vaxtaşırı səyyar kitabxana xidməti göstərilir.

Dekabrın 2-də kitabxananın xidmət şöbəsinin əməkdaşları 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Qarabağ əlillərinin kompakt yaşadıqları yaşayış binasında olublar. Səyyar xidmət zamanı kitabxanaçılar Qarabağ müharibəsi veterenları, əlilləri ilə yanaşı həmçinin tək yaşayan kimsəsiz qocalara da baş çəkərək, onları yeni nəşrlərlə tanış ediblər.

 

194.1 KB

 

169.4 KB

 

165.6 KB