Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qədim Oğuz yurdu Oğuzda Milli Musiqi Alətləri İfaçılarının Yaradıcılıq Festivalı keçirilib

30.11.2019

Milli musiqi alətləri musiqi mədəniyyətimizin mühüm göstəricilərindən biridir. Bu musiqi alətlərini yaşatmaq, onları insanlara sevdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının vətəndaş borcudur. Milli musiqi alətləri nümunələrinin UNESCO-nun siyahısına salınması, xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə bu alətlərin ifa edilməsi ümumilikdə dövlətin bu irsə diqqət və qayğısının göstəricisidir.

Mədəniyyət Nazirliyi milli musiqimizin təbliğatını daima diqqətdə saxlayır və bu sahədə görülən işlərin davamı olaraq, noyabr ayının 30-da Oğuz şəhərində Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli Musiqi Alətləri İfaçılarının Yaradıcılıq Festivalı keçirilib. Festivalda Regional İdarənin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının musiqi kollektivləri, ifaçılar iştirak ediblər.  “Zirvə” folklor ansamblının, “Oğuz” xalq qrupunun, “Sənəm” hayla qrupunun, muğam üçlüklərinin çıxışları, sazda və tamburda səsləndirilən canlı ifalar musiqi həvəskarları tərəfindən alqışlarla qarşılanıb.

Festivalın keçirilməsində əsas məqsəd ifaçılıq sənətini inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaq, milli musiqi alətlərimizin qocaman ifaçılarının zəngin təcrübəsini təbliğ etmək və onların zəngin təcrübəsindən bəhrələnməkdən ibarət olmuşdur.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Mədəniyyət Nazirliyinə, Oğuz Rayon İcra Hakimiyyətinə və regionu təmsil edən rayonların kollektivlərinə təşəkkürünü bildirib. Sonra festivalın bütün iştirakçılarına Regional İdarə adından mükafatlar təqdim olunub.

 

199.5 KB

 

173.3 KB

 

172.1 KB