Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Qarabulaq kənd kitabxanasında açıq kitabxana günü keçirilib

29.11.2019

29 noyabr 2019-cu il tarixdə Qarabulaq kənd kitabxanasının kitabxanaçısı S.Məmmədovanın təşkilatçılığı ilə E.Abdullayev adına 2 saylı tam orta məktəbdə kitabxanaya daxil edilmiş yeni kitablar əsasında açıq kitabxana günü keçirilib. Tədbirdə kitabxananın daimi oxucuları olan müəllim və şagird kollektivi, Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.

Kitabxanaçı S.Məmmədova kitabxanaya yeni daxil edilmiş kitablar haqqında məlumat verdikdən sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə Hüseyn Cavidin "Dram əsərləri”,  İlham Rəhimlinin "Səhnə Fədailəri", Əhsən Rəhmanlının "Qəmər Almaszadə", Ramilə Qurbanlının "Ələsgər Ələkbərov", Elnara Akimovanın "Müslüm Maqaomayev", İlham Rəhimli və Mehdi Məmmədovun "Hökümə Qurbanova" və s. kitabları sərgilənib.

Sərgi və yeni kitablarla tanışlıq iştirakçılarda xoş təəsüratlar yaradıb.

 

71.7 KB

 

86.8 KB

 

75.2 KB