Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Uşaq İncəsənət məktəbinin şagirdləri “Gender bərabərliyi və UNIFIED Sport üzrə yeniyetmə qız futbolunun inkişafı” layihəsinin icrası ilə bağlı tədbirdə iştirak ediblər

26.11.2019

Noyabrın 26-da Şəki Olimpiya İdman Kompleksində inklüzivlik istiqamətində tam orta və xüsusi yardımçı məktəblərin şagirdləri arasında keçirilən “Gender bərabərliyi və UNIFIED Sport (Birləşmiş idman) üzrə yeniyetmə qız futbolunun inkişafı” layihəsinin icrası ilə bağlı tədbir keçirilib.

Azərbaycan Xüsusi Olimpiya komitəsi və BMT-nin əhali fondunun Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihədə 14-17 yaş arası qızlardan ibarət məktəb komandaları mübarizə aparıb. Tədbirə Azərbaycan Xüsusi Olimpiya komitəsi və BMT-nin əhali fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbərləri də qatılıb. Çıxış edənlər layihənin məqsədindən danışıblar. Bildirilib ki, qadın zorakılığı və şiddətinə qarşı mübarizə və gender bərabərliyinin təbliği üçün keçirilən bu yarış vasitəsi ilə məqsəd sağlam cəmiyyət formalaşdırmaqdır.

Tədbirin açılışında Şəki Uşaq İncəsənət məktəbinin xoreoqrafiya şöbəsinin şagirdləri bir-birindən maraqlı rəqsləri ilə çıxış ediblər.

Bədii hissədən sonra qızlardan ibarət 4 komandanın iştirakı ilə futbol yarışı keçirilib. Şəki şəhərindəki İnteqrasiya təlimli internat tipli gimnaziyanın “Uğur” komandası yarışın qalibi adını qazanıb. Şəhər 20 saylı tam orta məktəbin “Zirvə” və şəhər qarışıq tipli uşaq evinin “Ulduz” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Şəhər 2 saylı tam orta məktəbin “Mələklər” komandası dördüncü olub.

Komandalar kubok və medallarla mükafatlandırılıblar.

 

178.5 KB

 

210 KB

 

205.4 KB