Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzda Milli Musiqi Alətləri İfaçılarının Yaradıcılıq Festivalı keçiriləcək

26.11.2019

Qədim Azərbaycan milli musiqi alətləri özünəməxsus cəhətlərilə fərqlənir. Müxtəlif ifaları ilə xalqımızın şüurunda milli dəyərlərimizə, azərbaycançılıq ruhuna məhəbbət aşılayan milli musiqi alətləri milli musiqi mədəniyyətimizdə xüsusi yer tutur.

Noyabr ayının 30-da Oğuz şəhərində Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli Musiqi Alətləri İfaçılarının Yaradıcılıq Festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd milli musiqi mədəniyyətimizin təbliği, yeni böyük nailiyyətlər naminə ifaçılıq sənətinə tələbkarlığı artırmaq, gənc istedadları qayğı ilə tərbiyələndirmək, onları qocaman ifaçıların zəngin təcrübəsi ilə bəhrələndirməkdən ibarətdir.

 

56.6 KB