Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxananın nağıl otağında Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə xatirəsi anıldı

07.02.2018

7 fevral 2017-ci il tarixdə İ.S.Nakam adına mərkəzi kitabxananın nağıl otağında kişik yaşlı məktəblilərdə milli təfəkkürün yaradılması və Milli Qəhrəmanların təbliği ilə əlaqədar Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü onun xatirəsi anıldı. Kiçik yaşlı məktəblilərə əvvəlcə Mübariz İbrahimov haqqında onun keçdiyi döyüş yolu ilə bağlı məlumat verildi. Məlumatı MKS-nin Xidmət və abonement şöbəsinnin abonement bölməsinin müdiri D.Yaqubova verdi. O, qeyd etdi ki, ömrünün 22-ci baharında şəhidlik zirvəsinə ucalan gizirə  Azərbaycanın Milli Qəhrəmanı adı Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

 Məlumatdan sonra Mübariz İbrahimovun döyüş yolunu əks etdirən videorolik nümayiş olundu.

 

141.5 KB

 

144 KB

 

145.2 KB