Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

“Hamımız Mübariz olmalıyıq” adlı tematik gecə

07.02.2018

07 fevral 2017-ci il tarixində Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzində  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30 illiyinə həsr olunmuş  tematik gecə keçirilmişdir. Tədbirin keçirildiyi məkanda  Mubariz İbrahimova həsr olunmuş sərgi yerləşdirilib. Səhnə arxasından Xalq artisti M.Tağıyevin ifasında “Qalx-qalx ulu torpaq” mahnısı səsləndirilmişdir. Tədbirin aparıcısı tədbiri açıq elan etdikdən sonra Azərbaycanın haqq işi uğrunda canından keçmiş vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün ilk söz həmyerlimiz Kənd təsərrüfatı elimləri namizədi, professor Amil Babayevə verildi. Alim öz çıxışında  Azərbaycanın qəhrəmanlıq tarixindən danışdı. Ulu tanrıdan bütün şəhidlərə, Mubariz İbrahimova  rəhmət  dilədi. Qax rayon Ağsaqqallar Şurasının sədri Aşurov Nadir Mübariz İbrahimovun keçdiyi həyat  yolundan, onun göstərdiyi şücaətdən ürək yanğısı ilə danışdı və ağsaqqal belə bir  qəhrəman vətən övladı ilə fəxr etdiyini söylədi. Gənclərin Hərbi Xidmətə çağırış şöbəsinin rəisi Emin Quliyev, İdman və Gənclər İdarəsinin rəis müavini Elvin Həsilov, Qax  rayon Veteranlar Şurasının sədri Atəş Babayev və başqaları öz çıxışlarında Milli Qəhrəman Mübariz İbrahimov haqqında ürək sözlərini dedilər.  Şəmsəddin Quliyev Namiq Hacıheydərlinin “Yarandın” şeirini, Vüsalə Mustafayeva  Xalq şairi Mirvari Dilbazinin “Bölümdə qaldıqca vətən torpağı” şeirini, Taleh Əmirov  Nəriman  Həsənzadənin “Azərbaycan” şeirini, Bahar Abdullayeva isə  Aqşin Əlizadənin “Yaşa sən ey türk oğlu, Azər oğlu” şeirini ifa etdilər. Tədbir boyu  Mübarizə həsr olunmuş slaydlar nümayiş olundu. Tədbirin sonunda İsmayıl Dağıstanlı adına Xalq  teatrının üzvlərinin ifasında “Bu şəhid balaların ölən çağı deyildi” adlı ədəbi-bədii kompazisiya   səsləndi. Tədbir Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidovanın yekun sözü ilə başa çatdı. O, tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və hamıya aydın səma, can sağlığı arzuladı.

 

28.8 KB

 

31 KB

 

24 KB