Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəhrəmanlığın Mübariz İbrahimov zirvəsi

07.02.2018

Azərbaycan ta qədimlərdən igidlər, qəhrəmanlar, ərənlər diyarıdır. Qarabağ savaşı bu faktı bir daha təsdiqlədi. Vətən qeyrəti çəkən igidlərimiz bu gün də öz qəhrəmanlıqları ilə tarix yazır, örnək olurlar. Belə igidlərdən biri də bu gün hamımızın fəxri olan Mübariz İbrahimovdur.

06 fevral 2018-ci il tarixdə  Oğuz rayon mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi H.Babayev adına 1 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30 illiyinə həsr edilmiş “Qəhrəmanlığın Mübariz İbrahimov zirvəsi” adlı söhbət keçirdi.

Tədbiri mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova açaraq qəhrəmanın, eləcə də cəmi şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Məktəbin X sinif şagirdi İslamova Minayə “Adilikdən aliliyə yüksələn ömür” adlı məruzə ilə çıxış etmiş, Mübarizin həyat və döyüş yolu ilə bağlı məlumat   vermişdir. Sonra Əhmədov Elmir Mübariz İbrahimova həsr edilmiş şeir söylədi. Şagirdlərin sualları cavablandırıldı, Mübariz İbrahimov haqqında yazılan kitablar haqqında məlumat verildi.

Tədbirin sonunda N.Qasımova Azərbaycan gənclərinin vətənpərvər yetişməsində belə tədbirlərin rolunun böyük olmasını vurgulayaraq, iştirakçılara minnətdarlığını bildirmişdir.

 

178.4 KB

 

192.2 KB

 

192.8 KB