Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

MİHİ Şəki Rayon Komitəsində Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib

07.11.2019

7 noyabr 2019-cu il tarixdə MİHİ Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində “Tarixlərdən sən qocasan“ adlı bayram tədbiri keçirilib. Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin və MİHİ Şəki Rayon Komitəsinin sferasında yerləşən müəssisələrdə çalışan ittifaq üzvləri və media nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə MİHİ Şəki Rayon Komitəsinin sədri Rəhman Məmmədov təbrik nitqi söyləyib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız-milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Respublikasının Dövlət Bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət Bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.

Nitq başa çatdıqdan sonra ittifaq üzvləri arasında viktorina–bilik yarışması təşkil olunub. Yarışmanın qalibləri sonda MİHİ Şəki Rayon Komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

 

56.6 KB

 

153.4 KB

 

155.3 KB