Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib

08.11.2019

Şəki şəhərindəki Bayraq Meydanında və Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib. Şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, gənclərin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Sonra şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri Bayraq Muzeyini ekskursiya ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Bayram tədbiri şəhərin musiqi kollektivlərinin və 3 nömrəli Uşaq Musiqi məktəbinin şagird və müəllimlərinin ifasında maraqlı konsert proqramı ilə davam etmişdir. 

 

207.8 KB

 

146.4 KB

 

201.8 KB