Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bəxtiyar Vahabzadənin ev muzeyində “Bayraq Günü” münasibəti ilə tədbir keçirilib

07.11.2019

Noyabrın 7-də Bəxtiyar Vahabzadənin ev muzeyində “Bayraq Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə 3 saylı uşaq bağçasının və Şəki rayon Biləcik kənd orta məktəbinin müəllim və şagird kollektivləri  iştirak ediblər. Muzeylə tanışlıqdan sonra balaca fidanlar və məktəb şagirdləri B.Vahabzadənin bayrağa və vətənə aid şeirlərini səsləndiriblər. Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli uşaqların çıxışlarındakı cəsarəti və vətən sevgisini yüksək qiymətləndirərək, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

 

214.5 KB

 

212 KB

 

171.1 KB