Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Mərkəzi kitabxanasında “Daim ucal, Bayrağımız!” adlı ədəbi-bədii kompozisiya keçirilib

07.11.2019

9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Respubliksının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ümummilli Lliderimiz H.Əliyevin təşəbbüsü ilə qaldırılmışdır.

2009-cu il 17 noyabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd olunur.

7 noyabr 2019-cu il tarıxdə Oğuz rayon Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Daim ucal, Bayrağımız!” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə Oğuz rayon Mərkəzi kitabxanasının, Tarix-diyarşünaslıq muzeyinin, Heydər Əliyev Mərkəzinin, UGİM-nin əməkdaşları və H.Babayev adına şəhər 1 saylı məktəbin  V, VI sinif şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Qasımova bayrağımızın yaranma tarixi haqqında məlumat verdikən  sonra, böyük kitabxanaçı Ləman Babayevanın “Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi Azərbaycan Bayrağıdır” adlı məruzəsi dinlənilib . Sonra şairə Şükufə Ruhlu bayrağa həsr etdiyi şeirini oxuyub və məktəblilər hazırladıqları kompozisiyanı təqdim ediblər.

Tədbirin sonunda bayrağımızın tarixi haqqında video çarxı izlənilib və iştirakçılar “9 Noyabr-Dövlət Bayrağı Günüdür” başlıqlı sərgi ilə tanış olublar.

 

82.4 KB

 

99.5 KB

 

69 KB