Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki və Xantı-Mansiysk şəhərləri arasında mədəni əlaqələr daha da genişlənəcək

02.02.2018

“Xalqımın ugurları ilə, vətənimin gözəlliyi ilə həmişə fəxr etmişəm. İstəmişəm ki, ölkəmizin hər nailiyyətini bütün dünya tanısın. Bunun üçün nə iş görmüşəmsə, hansı əmək sərf etmişəmsə, bu mənim qəlbimdən gəlib, ulu xalqıma və müqəddəs torpagıma olan sonsuz sevgimdən irəli gəlib”. Bu sözləri Şəki və Rusiya Federasiyasının Tümen vilayətinin Xantı–Mansiysk şəhərləri arasında mədəni əlaqələr və dostluq körpüsü yaratmaga nail olmuş, Azərbaycan Respublikası Agsaqqallar Şurasının Rusiya Federasiyasındakı səlahiyyətli  nümayəndəsi, Xantı-Mansiysk Muxtar Mahalı qubernatoru yanında fəaliyyət göstərən millətlərarası məsələlər üzrə koordinasiya şurasının üzvü, əsl vətənpərvər və xeyirxah bir insan olan, həmyerlimiz Yusif Bayram oglu Əsgərov  Şəkidə  “Mədəniyyət qalası” qəzetinin redaksiyasının qonagı olarkən səsləndirib.

Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda şəxsiyyət olaraq tanınan, daxili işlər orqanlarında 35 il ömrünü sərf edərək çalışmış, təqaüdə çıxdıqdan sonra hər hansı sahibkarlıq fəaliyyəti və ya bizneslə yox, yalnız vətəni olan Azərbaycanı qonşu ölkədə tanıdaraq sevdirməklə, vətənpərvər ideyaların təbligi ilə xüsusi əzmlə məşgul olmaga başlamış soydaşımızın gərgin zəhmətinin nəticəsi olaraq, çoxsaylı xalqların birlikdə yaşadıqları, Qərbi Sibirin Xantı-Mansiysk, Meqion, Nijnevartovsk, Nefteyuqansk şəhərlərinin muzeylərində və eləcə də Şəki şəhərindəki R.B. Əfəndiyev adına Tarix Diyarşünaslıq muzeyində daimi sərgilər təşkil edilmişdir.

Yusif Bayramovun şəxsi təşəbbüsü ilə 2009-ci ildə Xantı-Mansiysk Muxtar Mahalı qubernatorunun milli məsələlər və içtimai birliklər üzrə məsləhətçisi Qalina Vıdrinanın başçılıgı ilə ölkəmizə səfər etmiş rəsmi nümayəndə heyəti Şəki şəhərində kecirilən şirniyyat festivalında və R.B. Əfəndiyev adına Tarix Diyarşünaslıq muzeyindəki uzaq Sibir xalqlarının məişətini, həyatını və mədəniyyətini əks etdirən sərginin açılışında iştirak etmişdilər.

Yusif müəllim yaşadıgı ölkədəki turizm şirkətlərinin onun səyi və təşəbbüskarlıgı nəticəsində yaradılmış dostluq körpüsü üzərindən Azərbaycana, xüsusi ilə də Şəki şəhərinə, Naftalan  sanatoriyasına və xəzər sahillərinə daha çox maraqlı olduqlarını bildirərək, yaxın zamanlarda Şəki Tarix Diyarşünaslıq muzeyindəki ekspozisiyanın daha da zənginləşdiriləcəyi və bütün bu işlərin təşkilində muzeyin direktoru Yaqut xanım Cəlalovanın əvəzsiz xidmətləri oldugunu qeyd etdi.

 

3.4 MB

 

96 KB

 

123.1 KB