Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

M.F.Axundzadənin ev muzeyində Azərbaycan Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayraq mənliyimdir, Bayraq kimliyim” adlı ədəbi-bədii gecə keçirilmişdir

07.11.2019

7 noyabr 2019-cu il tarixdə M.F.Axundzadənin Şəkidəki ev muzeyində Azərbaycan Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayraq mənliyimdir, Bayraq kimliyim” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə M.F.Axundzadənin ev muzeyinin və Şəki şəhər 3  saylı məktəbin müəllim və şagird kollektivləri iştirak etmişlər. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmiş və muzeyin direktoru Ulduz Xəlilova qonaqları salamlayaraq, “Bayraq mənliyimdir, Bayraq kimliyim” adlı məruzə ilə çıxış etmişdir.

Sonra məktəb şagirdlərinin ifasında bayrağa, vətənə və vətənpərvərliyə aid şeirlər söylənilmiş, nəğmələr səsləndirilmişdir.

 

82.7 KB

 

55.9 KB