Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Heydər Əliyev Mərkəzində 9 noyabr “Bayraq Günü” ilə bağlı tədbir keçirilib

06.11.2019

Noyabrın 6-da Qax rayon Heydər Əliyev Mərkəzində 9 noyabr “Bayraq günü” ilə bağlı rayonun 5 saylı məktəbinin XI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Məktəbin tarix müəllimi Şükufə Muradova tədbirdə iştirak edən şagirdlərə vətənpərvərlik əzminin formalaşmasında  bayrağın rolundan geniş şəkildə danışıb. Bildirilib ki,  2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. Ölkəmizdə ən hündür bayrağın olması dünyada xalqımızın ən yüksək səviyyəyə malik olduğunu göstərir. Dövlət bayrağımıza göstərilən diqqət və qayğı vətənpərvər bir xalq olduğumuzun parlaq nümunəsidir.

Sonra bayraq və digər dövlət atributları haqqında bilik yarışması keçirilib və şagirdlərin sualları cavablandırılıb.

 

126.2 KB

 

89.9 KB

 

102.6 KB