Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Dövlət Rəsm Qalereyasında “Bayraq mənliyimdir” adlı sərgi təşkil olunub

06.11.2019

Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərində ciddi mənəvi məsuliyyət qoyur. Bayraq böyük qüvvədir. Bayraq elə qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir.

Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Artıq onuncu ildir ki, 9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bu sözlər noyabr ayının 6-da Şəki Dövlət Rəsm Qalereyasında “Bayraq mənliyimdir” adlı sərginin açılışı zamanı səsləndirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialının tələbə heyətinin də iştirak etdiyi sərgidə Şəki Uşaq İncəsənət məktəbi şagirdlərinin mövzuya həsr olunmuş rəsmləri nümayiş olunub. Dövlət rəmzlərinə və atributlara üstünlük verən şagirdlər rəsmlərdə vətənə, millətə, dövlətçiliyə bağlılıq kimi dəyərləri  əks etdiriblər.

 

113.7 KB

 

105.1 KB

 

114.8 KB