Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Heydər Əliyev Mərkəzində “Üçrəngli bayrağım mənim” mövzusunda açıq dərs keçirilib

05.11.2019

5 noyabr 2019-cu il tarixdə Qax rayon Heydər Əliyev Mərkəzində 9 noyabr “Bayraq günü” münasibət ilə “Üçrəngli bayrağım mənim” mövzusunda açıq dərs keçirilib. Dərsi 5 saylı məktəbin müəllimi Samirə Məmmədova 4a sinif şagirdləri ilə birgə aparıb. Dərsdə müəllim tərəfindən verilən izahlı məlumatlar, şagirdlərin təqdim etdikləri, vətənə, bayrağa aid  çoxsaylı şeirlər, musiqi nömrələri və səhnəciklər hər bir tədbir iştirakçısının zövqünü oxşayıb. Dərs başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova məktəbliləri Bayraq Günü münasibət ilə təbrik edərək, tədbirə yüksək səviyyədə hazırlaşdıqlarına və təqdimata görə məktəbin kollektivinə təşəkkürünü bildirib.

 

98.7 KB

 

45.2 KB

 

43.2 KB