Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala MKS-nin uşaq şöbəsində “Körpə gülüşlər ilə açılan səhərlərimiz” adlı maarifləndirici tədbir keçirilib

06.11.2019

6 noyabr 2019-cu il tarixində Zaqatala MKS-nin uşaq şöbəsində 20 oktyabr–20 noyabr Uşaq Hüquqları aylığı çərçivəsində müəllimlərin və çoxsaylı şagirdlərin iştirakı ilə “Körpə gülüşlər ilə açılan səhərlərimiz” adlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sozü ilə uşaq kitabxanasının müdiri Ayşa Rəşidova açaraq, insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.  Sonra MKS-nin direktoru Gülniyar Məmmədova çıxış edərək, uşaq problemlərinin ardıcıl həllinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Daha sonra Zeynəb Kavuzovanın “Uşaqların Beynəlxalq aləmdə müdafiəsi”, Yetər Hacıağayevanın “BMT-nin Uşaq Hüquqları Konvensiyası”, məktəb şagirdlərindən Səba Muradovanın “Uşaqlar Azərbaycanın bu günü, sabahıdır” adlı məruzələri dinlənilib.  Məruzələr başa çatdıqdan sonra anket-sorğu təşkil olunub. Tədbir uşaqların hüquqları ilə bağlı maraqlı diskussiya ilə başa çatıb. 

 

110.9 KB

 

129 KB

 

124 KB