Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

06.11.2019

Noyabrın 6-da Balakən rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Balakən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzinin, Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ləman Balayeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkomaniya probleminin də üzərindən pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.

Daha sonra çıxış edən Balakən rayon İcra Hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçisi Arzu Əliyeva narkomaniyanı əsrin bəlası adlandırıb və gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Sonda çıxış edən Balakən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova narkotik vasitələrin yaratdığı fəsadlar haqqında məlumat verməklə bildirib ki, narkomaniya ilə mübarizəni bütün dövlət qurumları aparmalı və maarifləndirici tədbirlər keçirilməlidirlər.

Tədbir narkomaniyanın törətdiyi fəsadları əks etdirən “Bəla” filminin nümayişi ilə başa çatıb.

 

43.7 KB

 

35.6 KB

 

22.4 KB