Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İlisu kənd diyarşunaslıq evində “Bayrağımız qürurumuzdur” mövzusunda ədəbi –bədii kompozisiya keçirilib

05.11.2019

İlisu kənd diyarşunaslıq evində 9  noyabr Dövlət Bayrağı Günü münasibətilə diyarşunaslıq evi və kənd məktəbinin birgə təşkilatçılığı ilə “Bayrağımız qürurumuzdur”  mövzusunda ədəbi–bədii kompozisiya keçirilib. Tədbirdə İlisu ərazi icra nümayəndəliyinin, İlisu kənd bələdiyyəsinin, Abidələr Qoruğunun kollektivləri,  valideynlər, kitabxana əməkdaşları və kənd sakinləri iştirak edilbər. Tədbirin əvvəlində iştirakçılar başdan–başa bayraqlar və dekorlarla bəzədilmiş zalda üçrəngli bayrağa həsr olunmuş sərgi ilə tanış olublar. Sonra məktəblilərin təqdimatında bayrağa həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Tədbirdə iştirak edən Qax rayon Uşaq İncəsənət məktəbinin nağara çalanlar və rəqs ansambllarının çıxışları,  xüsusilə rəqs dərnəyinin üzvü Nəzirə Kərimovanın ifasında ”Sarı gəlin” rəqsi və xorun ifasında “Yaşa Azərbaycan”  mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbir Dövlət Bayrağı Gününə həsr olunmuş slaydın nümayişi ilə başa çatıb.

 

191.7 KB

 

192.5 KB

 

124.7 KB