Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala şəhər Mədəniyyət evində “Gənclik və zaman” mövzusunda tədbir keçirilmişdir

02.02.2018

Mədəniyyət Mərkəzinin dəstəyi ilə  Zaqatala şəhər Mədəniyyət evində istedadlı və yaradıcı gənclərə həsr olunmuş “Gənclik və zaman” mövzusunda tədbir keçirilmişdir. Mədəniyyət evinin müdiri Çingiz Hümbətov gəncləri və qonaqları salamladı və gənclərə yaradıcılıq uğurları arzuladı. İstedadlı gənc xanəndə Şəhriyar Hümbətovun ifasında xalq mahnıları,   “Çingiz” ritm qurupunun və “Günəş rəqs qrupunun birgə ifa etdikləri “Azərbaycan Ritmləri” rəqsi, Rəsm Qalereyasının Bələdçisi Fizzə Mahmudovanın söylədiyi şer, isteadlı gənclər Nazlı İsakova və Nigar Mahmudovanın ifa etdiyi şən mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Sonda gənclərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış oldu. Yuxarı Tala Sənətkarlıq evində  “Gəncliyin səsi”  adlı gənclər gecəsi təşkil olumuşdur. Həvəskarların əl işlərinə baxış keçirilmiş, həvəskar gənclərin ifasında şerdən parçalar səslənmişdi. Tədbirdə Kamilə Əyyubovanın, Mirvari Vanatiyeva və Pirdovus Zamanova çıxış edərək gəncləri təbrik etdi, uğurlar arzuladılar. Mərkəzin işçisi Şahin İsayevin  rəhbərlik etdiyi “Gənclik” ansamblının ifasında şən musiqilər səsləndirildi. Paşan kənd klubu və kənd kitabxanasının birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş “Müasir gəncliyimiz” mövzusunda  dəyirmi masa keçirilmişdir. Tədbirdə  yeniyetmələr və  gənclər fəal  iştirak  etmişdir. Yuxarı Tala Mədəniyyət evi  “Gənclik gözəllikdir” adlı tədbir keçirilmişdir. Mədəniyyət Mərkəzinin direktoru Samirət Hümbətova fərqlənən gənc mədəniyyət işçiləri Kənan Ramazanovu, Şahin İsayevi, Xədicə Şabanovanı, Xalidə Davudovanı və Gülxar Əzizovanı  Fəxri Fərmanla mükafatlandırmışdır. 

 

84.6 KB

 

100.2 KB

 

39.5 KB