Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Mədəniyyət Mərkəzində “Uşaq Hüquqları aylığı” çərçivəsində “Ana Yurdum Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir

04.11.2019

Noyabrın 4-də Zaqatala rayon  Mədəniyyət Mərkəzində  “Uşaq Hüquqları aylığı” çərçivəsində uşaq və yeniyetmələr arasında “Ana  Yurdum Azərbaycan”  mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə təqdim olunmuş, Azərbaycanın təbiətini, tarixini və mədəniyyətini əks etdirən rəsmlər, eləcə də İmadəddin Nəsiminin  650  illilyi ilə bağlı Nəsiminin portreti,  sülh və azadlıqla bağlı rəsm işləri münsiflər tərəfindən daha çox bəyənilib.  Qeyd edilən əsərlərdən əlavə olaraq,  rayon  Mədəniyyət Mərkəzinin  “Şirvanşahlar sarayı”,  “Cənnət quşu“,  Yuxarı Çardaxlar diyarşünaslıq evinin natrümort janrında olan “Təbiət”, Əliabad Mədəniyyət evinin  “Yurdumuzun gözəllikləri”,  şəhər 3 saylı klubun “Ana Yurum Azərbaycan”, III Tala Mədəniyyət evinin “Biz Sülh İstəyirik”, şəhər Mədəniyyət evi, Kəpənəkçi Mədəniyyət evi, Qandax Mədəniyyət evi, Lahıc sənətkarlıq evinin işğal olunmuş torpaqlara aid rəsmləri, Car Mədəniyyət evinin İmadəddin Nəsiminin portreti,  Qımır, Çobankol Mədəniyyət evlərinin Azərbaycan xalq nağılları haqqında,  Muxax,  Yuxarı Tala Mədəniyyət evlərinin təbiət mövzusunda və s. rəsm işləri nümayiş olunmuşdur.

Müsabiqədə fərqlənən uşaq və yeniyetmə rəssamlar münsiflər tərəfindən mükafatlandırılıblar.

 

61.8 KB

 

56.6 KB

 

62.3 KB