Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan, müstəqil gənclik” adlı rayon tədbiri keçirilmişdir

02.02.2018

“Gənclər Günü” münasibətilə 2 fevral 2018-ci il tarixində Zaqatala rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və  Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan, müstəqil gənclik” adlı rayon tədbiri keçirilmişdir. Qonaqlar tədbirə keçid almadan öncə Mərkəzin kitabxanası tərəfindən foyedə təşkil olunmuş kitab sərgisi və Rəsm Qalereyasının təşkil etdiyi rəsm sərgisinə baxmışlar. Sərgidə Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan gənclər siyasəti, idman, təhsil sahələrində gördüyü işləri əhatə edən vəasitlər və rayon gənclərinin rəsm əsərləri nümayiş olunmuşdur. Tədbir Dövlət Himninin səsəndirilməsi ilə başlanmışdır. Daha sonra dövlətin gənclər siyasətini, ölkə və rayon gənclərinin fəaliyyətini əks etdirən video çarx göstərilmişdir. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev açaraq ölkə rəhbərliyinin gənclər siyasətindən, ölkədə və rayonda gənclərlə aparılan işlərdən, rayon gənclərinin fəaliyyətindən, idarənin  gördüyü işlərdən bəhs etmişdir. Araz Əliyev çıxışında bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinə sadiqliyini Prezident İlham Əliyev öz qərarları ilə təsdiq edir. Hazırda  Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.

Daha sonra çıxış edən məruzəçilər öz iş sahələrində gənclərin fəaliyyətindən, onlara göstərilən qayğıdan bəhs etmişdir. Tədbirə yekun vuran rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə bidirmişdir ki, indi Azərbaycanın qazandığı ən böyük uğurlardan biri də yüksək əqli inkişafa malik, hər cür innovasiyalara açıq, ideyalarla dolu zəngin gənclik potensialına malik olmasıdır. Çıxışının sonunda icra başçısı rayon gənclərini təbrik etmiş, onlara öz işlərində uğurlar arzulamış və bir sıra rayon gənclərini Fəxri Fərman və hədiyyələr ilə mükafatlandırmışdır.

Tədbir bədii hissə ilə davam etmişdir.

 

84.6 KB

 

74.2 KB

 

84.6 KB