Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Dövlət Rəsm Qalereyasında Gənclər Günü münasibətilə sərgi təşkil olunmuşdu

01.02.2018

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillərə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddaratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bu gün gənc nəslin yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Gənclər Günü münasibətilə Şəki Dövlət Rəsm Qalereyasında 1 fevral tarixində Tarix Diyarşünaslıq muzeyi ilə birlikdə sərgi təşkil olundu. Sərgidə gənc rəssam, ADRA-nın məzunu Oruclu Qurbanın rəsmləri nümayiş edildi. Mütəmadi olaraq öz üzərində işləyən Qurban tez-tez xarici ölkələrə səfərlər edir və bu təəssüratlardan qaynaqlanaraq yeni əsərlər çəkir. O, rəsmlərində daha çox avropa qadınlarını təsvir edir. Sərgidə nümayiş edilən əsərlərdə də tarixi yerlər, natürmortlarla yanaşı avropa qadınları üstünlük təşkil edirdi. Kətan və karton üzərində yağlı boya ilə çəkilmiş əsərlər rəng çalarları ilə fərqlənirdi.

 

137.6 KB

 

169.6 KB

 

97.4 KB