Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gənclər bu günümüz, sabahımızdır”

02.02.2018

Belə bir deyim vardır : “Gənclik təkamülün çarpan ürəyi, düşünən beynidir”. Gənclərsiz cəmiyyəti təsəvvür etmək mümkün deyil. Çünki gənclik hər bir xalqın, millətin xoşbəxt sabahı, güvənc yeridir. Müstəqil dövlətimizin qurucuları, gələcək inkişafımızın təminatçısıdır gənclik.

     02 fevral 2018-ci il tarixdə Oğuz rayon mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsində “Gənclər bu günümüz, sabahımızdır” adlı dəyirmi masa təşkil edilmişdir.

Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova tədbiri giriş sözü ilə açaraq  onları “Gənclər Günü” münasibəti ilə təbrik etdi və  “Gənclər  bizim  sabahımızdır” adlı məruzə ilə çıxış etdi. Tədbirdə, gənc iştirakçılardan R.Seyidov, N.Zeynalova, İ.Əliyeva və b. çıxış edərək, bugünki gənclərə dövlət qayğısından, cənab Prezidentin gənclərə xüsusi diqqət ayırmasından, beynəlxalq musiqi və idman yarışlarında Azərbaycan gənclərinin yüksək uğur qazanmalarından qürur duyduqlarını fəxarətlə qeyd etdilər. Tədbirin sonunda mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin metodisti Q.Malıyeva çıxış edərək gəncləri  təbrik etdi.

 

 

169.9 KB

 

175.2 KB

 

167.4 KB