Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilib

09.10.2019

Oktyabrın 9-da Şəki Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilib. İclasın gündəliyinə uyğun olaraq, əvvəlcə Heydər Əliyev Mərkəzləri və Rəsm Qalereyaları vasitəsilə əhaliyə göstərilən mədəni xidmət işinin mövcud vəziyyəti, sonra qarşıda duran vəzifələr və cari məsələlər müzakirə edilib. Şəki RMİ-nin rəisi Mirvari Zeynalovanın gündəliklə və idarənin müddət ərzindəki fəaliyyəti ilə bağlı məlumatı dinlənildikdən sonra, struktur tərkibinə daxil olan rayonların Heydər Əliyev Mərkəzləri və Rəsm Qalereyalarının rəhbərləri hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra əmək intizamı, Şəki RMİ-nin rəsmi saytında yayımlanan məlumatların operativliyinin artırılması və Oğuz rayonu uşaq musiqi məktəbində aparılan təmir işləri kimi cari məsələlər müzakirə edilib.

Yüksək işgüzarlıq şəraitində davam edən İclasın sonunda iştirakçılar tərəfindən ŞRMİ-nin rəhbərliyinə ünvanlanan suallar cavablandırılıb.

 

 

145.2 KB

 

141 KB

 

116.4 KB