Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

MİHİ Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə “5 oktyabr Müəllimlər günü” və “7 oktyabr Beynəlxalq Layiqli Əmək Günü” ilə əlaqədar olaraq nərd milli idman oyunu üzrə yarış keçirilib

05.10.2019

Oktyabrın 5-də MİHİ Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə “5 oktyabr Müəllimlər günü” və “7 oktyabr Beynəlxalq Layiqli Əmək Günü” ilə əlaqədar olaraq komitənin tərkibində yerləşən müəssisə və təşkilatlarda çalışan ittifaq üzvləri arasında nərd milli idman oyunu üzrə yarış keçirilib. Yarışmada 70 nəfər ittifaq üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə rayon komitəsinin sədri Rəhman Məmmədov açaraq, 5 oktyabr Müəllimlər günü və eyni zamanda 7 oktyabr Beynəlxalq Layiqli Əmək Günü münasibətilə ittifaq üzvlərini təbrik edib.  Qeyd olunub ki, Layiqli Əmək - səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsi kimi izah edilir. Azərbaycanda layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur. Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. MİHİ Şəki Rayon Komitəsi tərəfindən tərkibdə yerləşən müəssisə və təşkilatlarda çalışan ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin müdafiə olunması, onların sağlamlıqlarının qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını daima diqqət mərkəzində saxlanılır.

Təbrik nitqi başa çatdıqdan sonra idman mütəxəssisi Söhrab Babayevin hakimliyi ilə yarışmaya start verilib. Dostluq və gərgin idman mübarizəsi şəraitində keçən yarışmanın nəticələrinə görə ittifaq üzvlərindən Natiq Xanquliyev I, İlqar Şirinov II və Xaləddin Əsgərov III yerlərə layiq görülüblər. Yarışmanın sonunda qaliblər və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmov mədəni kütləvi tədbirlərdə fəal iştiraklarına görə MİHİ Şəki Rayon Komitəsi adından Fəxri Fərman və pul mükafatı ilə mükafatlandırılıblar.

 

178.5 KB

 

150.9 KB

 

170.6 KB