Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində “Beynəlxalq Müəllimlər Günü” qeyd edilib

02.10.2019

Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində “Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Şəmsiyyət Əsgərova təbrik nitqi söyləyərək, bu tarixi günün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi 1993-cü il oktyabrın 5-dən etibarən  Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə rəsmiləşdirilib. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, daim onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.

Sonra tədris işləri üzrə direktor müavini Şəfa Abdullayeva və digər müəllimlər məktəbin kollektivini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək,  onlara yeni tədris ilində uğurlar arzulayıblar. Tədbir bədii proqramla davam edib.

 

 

25.4 KB

 

37.6 KB

 

19.7 KB