Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Mərkəzi kitabxanasında “Milli-mənəvi dəyərlər, tarixilik və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

02.10.2019

Oktyabrın 2-də Zaqatala rayon Mərkəzi kitabxanasında Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zaqatala şəhər məscidi dini icmasının təşkilatçılığı ilə birgə həyata keçirilən ”Mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlər, tarixilik və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, Zaqatala rayon Mərkəzi kitabxanasının müdiri Gülniyar Məmmədova, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, görkəmli ziyalı Həşim İsmayılov, Zaqatala şəhər məscidi dini icmasının sədri Rəşad İbrahimov, dini icma üzvləri, kitabxana işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərin hər bir Azərbaycan vətəndaşı üçün önəmli olduğu vurğulanmış, dini icmaya təqdim olunan layihə barəsində tədbir iştirakçılarına məlumat verilmiş, dini icmalara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə edilmişdir. Qeyd edilmişdir ki, milli-mənəvi dəyərlərin, adət-ənənələrin, ənənəvi İslam dəyərlərinin qorunub-saxlanılması gələcək inkişaf üçün olduqca vacib amildir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

279.3 KB

 

269.4 KB

 

323.5 KB