Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib

27.09.2019

Zaqatala rayon Heydər Əliyev Mərkəzində sentyabrın 27-də festivalın təşkilatçı qurumlarının rəsmilərinin iştirakı ilə bölgənin media təmsilçiləri üçün mətbuat konfransı keçirilib.

Konfransda bildirilib ki, Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşan festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayil Orucov festivala hazırlıq işləri və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan hazırda fındıq istehsalı üzrə dünya ölkələri arasında üçüncü yerdə qərar tutub. Ölkəmizdə fındıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür.

Sonra media təmsilçilərinin sualları cavablandırılıb.

Festivalın təşkilatçı qurumlarının rəsmiləri daha sonra “Dədə Qorqud” meydanına gələrək, hazırlıq işlərinin gedişi ilə maraqlanıblar.

 

281.1 KB

 

317.9 KB

 

290.4 KB