Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Dövlət Rəsm Qalereyasının əməkdaşları gənc təkəlduz ustası Vəfa Mustafayevanın emalatxanasında görüş təşkil ediblər

25.09.2019

Şəki təkəlduz sənətinin vətəni sayılır. Burada bu qədim sənəti yaşadan onlarla sənətkar yaşayır. Son zamanlar isə gənclərin bu sənətə olan marağı daha da artmışdır və bu çox sevindirici haldır. Belə sənətkarlardan biri də gənc təkəlduz ustası Vəfa Mustafayevadır.

Qalereyanın illik iş planındakı “Gənc rəssam və sənətkarlarla emalatxanaların da görüş” adlı müvafiq bəndinə əsasən qalereyanın əməkdaşları sentyabrın 25-də gənc və istedadlı sənətkarla onun “Sənətkarlar evi”ndəki emalatxanasında görüşərək, iş prosesi ilə tanış olublar. Vəfa Mustafayeva onu bu sənətə bağlılığı barədə danışarkən bildirib ki, 12 ildir təkəlduz sənəti ilə məşğuldur. O, atası Natiq müəllimdən təkəlduz sənətinin ilk vərdişlərinə yiyələnib, bacısı Ayseldən isə sənətin texnika və incəliklərini öyrənib. Sənətkar əsərlərinin qəhrəmanlarını Azərbaycan Xalq nağıllarından, xanlıqlar dövrünün personajlarından götürdüyünü dedi. “İpək yolu” əsəri isə Azərbaycan xalça sənətinin zəngin ornamentlərini özündə birləşdirir və ilk dəfə olaraq sənətkar xalça ornamentlərini təkəlduzda işləyib. Emalatxanada qeyri-adiliyi ilə seçilən kuklalar da diqqəti cəlb edir.

Gənc olmasına baxmayaraq, bir çox müsabiqə və sərgilərdə iştirak edərək qalib olmuş Vəfa xanım qazandığı uğurlarından danışarkən Fransanın paytaxtı Parisdə yerləşən və milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı meydanda Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən sərgidə iştirakının həyatının ən xoşbəxt anı olduğunu qeyd edib.

Hal-hazırda sənətkar yeni əsəri olan “Narların yallı rəqsi” kompozisiyası üzərində işləyir.

 

185.1 KB

 

189.5 KB

 

164.7 KB