Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən MKS-nin Qaysa kənd kitabxanasında “Dünya poeziyasının parlaq ulduzu” adlı tədbir keçirilib

24.09.2019

Sentyabr ayının 24-də Balakən MKS-nin Qaysa kənd kitabxanasında İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar “Dünya poeziyasının parlaq ulduzu” başlığı altında tədbir keçirilib. Tədbirdə Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Nərmin Mİrəliyeva, İnformasiya texnologiyaları üzrə mütəxəsis Mehriban Çuxova, kənd kitabxana filiallarinin müdirləri, Şambul kənd sənətkarlıq klubunun və Qaysa kənd folklor evinin əməkdaşları, Qaysa İƏD-sinin sədri Rəsul Labazanov, Qaysa kənd tam orta məktəbinin müəllimi Aygün Anqbazova və məktəbin şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Qaysa kənd kitabxanasının müdüri Fatma Çunayeva açaraq, İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Sonra məruzə ətrafında Mərkəzi kitabxananın nümayəndəsi Mehriban Çuxova, Qaysa kənd tam orta məktəbinin müəllimi Aygün Anqbazova, Tülü kənd kitabxanasının müdiri Mahirə Dibirova, Poşbinə kənd kitabxanasının müdiri Vüsalə Novruzova, Qazma kənd kitabxanasının müdiri Təranə Hüseynova və başqaları çıxış ediblər. Daha sonra məktəblilərin ifasında Nəsiminin qəzəlləri və şeirləri dinlənib və şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

 

74.4 KB

 

120.9 KB

 

42.3 KB