Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Yaşa, yaşa, çox yaşa, Azərbaycan”

01.02.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 may 2017-ci il Sərəncamı və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2018-ci il sərəncamı ilə əlaqədar İ.S.Nakam adına mərkəzi kitabxanada Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin doğum günü ərəfəsində “Yaşa, yaşa, çox yaşa, Azərbaycan” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirə şəhərimizin ziyalıları gənclər və kitabxanamızın əməkdaşları toplaşmışdı. Xidmət və abonement şöbəsinin oxu zalının müdiri Sadıqlı Yaqut tədbir iştirakçılarını salamlayaraq respublikamizda bu ilin “Azərbaycan Xalq Cümhuriyyət ili” elan olunduğunu qeyd etdi. Həmçinin onu da qeyd etdi ki, bu il ərzində mərkəzi kitabxanada silsilə tədbirlər keçiriləcək və bu tədbir həmin tədbirlərin başlanğıcıdır. Bu günkü tədbirimizin məhz ömrünü, həyatını, ailəsini müstəqillik yolunda qurban vermiş Məmmədəmin Rəsulzadənin ad gününə həsr edilməsi təsadüfi deyil. Bundan sonra o, çıxış üçün sözü  qocaman tarix müəllimi Maqsud müəllimə verdi. Maqsud müəllim geniş çıxış edərək 23 ay davam edən Cümhuriyyət haqqında və bugün onun davamçısı olan müasir müstəqillik haqqında danışdı. Sonra Şəki Musavat Partiyasının rəhbəri Bakıxan Qəribli çıxış üçün söz alaraq bu dövlət haqqında və onun qurucuları haqqında əhatəli şəkildə çıxış etdi. Ardınca Pedaqoji kollecin tarix müəllimi və Şəki qarışıq tipli internat məktəbinin direktor müavini Pərviz Zeynalov, filologiya üzrə fəlsəfə doktoru ADPU-nun Şəki filialının ədəbiyyat müəllimi Kamil Adışirinov çıxış etdilər. Ölərkən son nəfəsində belə 3 kərə Azərbaycan söyləyən insanın həyat yolu, bu yolda onun qazandıqları və itirdikləri haqda danışıldı. Tədbirə videoçarxlar nümayiş etdirildi, “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgiyə baxış oldu

 

195.8 KB

 

189.5 KB

 

188.2 KB