Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Danaçı kənd folklor evində ali təhsil müəssələrinə qəbul olmuş məzunlarla görüş keçirilib

09.09.2019

Sentyabrın 9-da Zaqatala rayon Danaçı kənd folklore  evində bu il yüksək balla ali təhsil müəssələrinə qəbul olmuş məzunlarla “Sizinlə fəxr edirik” adlı görüş keçirilib. Görüşdə məzunlarla yanaşı rayon İcra Hakimiyyətinin Danaçı kəndi üzrə nümayəndəsi Məmməd Vaşıyev, Danaçı kənd bələdiyyəsinin sədri Əmrullah Helləyev, kənd məktəbinin müəllimləri və kənd ziyalıları iştirak ediblər. Tədbirdə çıxış edənlər məzunları tələbə adı qazanmaları münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar. Sonra Danaçı kənd rəhbərliyi tərəfindən tələbə adını qazanmış məzunlara fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim olunub. Tədbir Zaqatala rayonunun sevimli müğənnilərindən olan Aybəniz Qurqunayevanın bir-birindən maraqlı ifaları və rəqslərlə başa çatıb.

 

 

53.4 KB

 

20.4 KB

 

17.9 KB