Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayonu Bayan kənd kitabxanasında “Vətən bizim and yerimizdir” adlı şeir müsabiqəsi keçirilib

06.09.2019

Sentyabr ayının 6-da Oğuz rayonu Bayan kənd kitabxanasında vətənpərvərlik mövzusunda yazılmış şeirlər üzrə, “Vətən bizim and yerimizdir” başlıqlı şeir müsabiqəsi keçirilib. Tədbirin başlanğıcında “Azərbaycan marşı”, “Türk bayrağı” mahnıları səsləndirilib və iştirakçılar “Vətən bizim and yerimizdir” adlı sərgi ilə tanış olublar.

Sonra kitabxanaçı Nigar Nurməmmədova “Vətən bizim and yerimizdir” başlıqlı məruzə ilə çıxış edib. Məruzə başa çatdıqdan sonar iştirakçıların ifalarında Vətənə, Azərbaycana aid şeirlər dinlənilib. Daha sonar Vətən haqqında sual-cavab viktorinasına start verilib. Yarışmaçılar “Vətən deyəndə nə başa düşürsünüz”, “Vətən haradan başlanır”, “Nə üçün Ana, Vətən hər ikisi eyni səslənir” və s. kimi sualları cavablandıraraq, suallar ətrafında izahlar veriblər. Müsabiqənin nəticələrinə görə iştirakçılardan Gülay Hacıyeva və Səma İsmayılzadə daha fəallıq göstərərək, qalib adını qazanıblar.

 

79.2 KB

 

70.1 KB

 

69.8 KB