Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon MKS-nin Ağçay kənd kitabxanasında “Sülh aylığı” çərçivəsində rəsm saatı və inşa müsabiqəsi keçirilib

05.09.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ölkədə keçirilən “Sülh aylığı” çərçivəsində Qax rayon MKS-nin Ağçay kənd kitabxanasında rəsm saatı və inşa müsabiqəsi keçirib. Tədbirdə kitabxananın müdiri Ülkər Əliyeva 21 sentyabr - Beynəlxalq Sülh Günü haqqında məlumat verib. O sülh arzulu uşaqlara aydın səma arzulamaqla bərabər, onları bilikli, fəal və savadlı olmağa səsləyib. Sonra müsabiqəyə start verilib. Kitabxananın əməkdaşları uşaqlara mövzuların seçilməsində və rəsmlərin çəkilməsində köməklik göstəriblər. Rəsmlərdə sülhün qorunması, səmamızın həmişə aydın və təmiz olması, dünya xalqlarının əmin-amanlıq şəraitində yaşaması əks olunub. Ülviyyə Cumazadənin yazdığı inşa, kənd orta məktəbinin şagirdlərindən Yunis, Sayalı və Zəhranın çəkdikləri şəkillər daha çox bəyənilib. Sonda fərqlənən uşaqlara kitabxananın rəhbərliyi tərəfindən təşəkkür elan olunub.

 

78.9 KB

 

67.9 KB

 

76.7 KB