Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax MKS-nin kitabxanalarında“Beynəlxalq Sülh Günü” münasibətilə silsilə tədbirlər həyata keçirilir

05.09.2019

Sülh şəraitində yaşamaq bu gün də, dünən də hər bir insanın ən böyük arzusu olmuşdur. Ona görə də bu mövzu həmişə gündəmdə olaraq, aktualdır. 20 avqust-21 sentyabr “Sülh aylığı” və 21 sentyabr “Beynəlxalq Sülh Günü” münasibətilə Qax MKS-nin kitabxanalarında müxtəlif silsilə tədbirlər keçirilmiş və keçirilməkdə davam edir. O cümlədən: Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Sülh arzulu körpələr” adlı rəsm müsabiqəsi keçirilmiş və iştirakçıların rəsmlərindən ibarət sərgi nümayiş olunmuşdur. Orta yaş qrupuna məxsus oxucularla “Sənin sülh arzuların” adlı sual-cavab gecəsi keçirilərək, tədbirə orta yaş qrupuna məxsus uşaqlar cəlb edilmişdir. Tədbirdə uşaqlara “Sülh deyəndə nə başa düşürsünüz”, Sülh istəyirsiniz ya müharibə”, “Sülh haqqında hansı əsərləri oxumusuz”, “Sülh quşu hansı quşdur” adlı suallarla müraciət olunmuş və uşaqlar öz dünyagörüşləri baxımından sualları cavablandırmışlar.

Böyük yaşlı oxucularla görkəmli rus yazıçısı İ.N.Tolstoyun “Hərb və sülh” romanının 4 cildliyinin icmalı keçirilmişdir. Tədbirdə kitabxananın əməkdaşları Pərvin Abiyeva, Lalə Mirzəyeva və İntizar Məmmədova əsər haqqında qısa xülasə vermişlər.

Qax MKS-nin direktor müavini Ahidə Əfəndiyevanın verdiyi məlumata görə Qax MKS-nin kitabxanalarında “Sülh” mövzusunda keçirilən tədbirlər davam etməkdədir.

 

107 KB

 

101.6 KB