Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayonu C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Yurd sevgisini əsərlərinə hopduran böyük insan” adlı oxucu konfransı keçirilib

28.08.2019

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır. Sərəncama əsasən Şəki RMİ-nin əhatə dairəsində olan mədəniyyət müəssisələrində tədbirlər planı tutulmuş və həyata keçirilir.

Avqusun 28-də Qax rayonu C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Yurd sevgisini əsərlərinə hopduran böyük insan” adlı oxucu konfransı keçirilib. Tədbirdə kitabxananın əməkdaşları A.Əfəndiyeva və R.Xəlilovanın “Hüseyn İbrahimovun əsərlərində yurd sevgisi” və “Vətəndaş yazıçı - Hüseyn İbrahimov” adlı məruzələri dinlənilib. Məruzələrdə Hüseyn İbrahimovun əhatəli və mənalı yaradıcılığından, əsərlərindəki bəşəri hisslərdən söhbət açılıb. Qeyd edilib kİ, əsl məktəb, əsl örnək olan Hüseyn İbrahimov yaradıcılığı həmişə izləniləcək və seviləcək.

Tədbirin sonunda Hüseyn İbrahimovun yaradıcılığından bəhs edən slayd və sərgi nümayiş olunub.

 

82.2 KB

 

91.3 KB

 

76.7 KB